4 May 2015 11:49
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı vəsait xalqımız və ölkə iqtisadiyyatı, sabit inkişafı üçün faydalı olacaq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı deyib: “Qonaqlarımızın çoxu ölkəmizə ilk dəfədir səfər edirlər və fikrimcə, bu, Azərbaycanı tanımaq üçün yaxşı imkandır. O, dünyanın siyasi xəritəsində müstəqil ölkə kimi 23 ildən çoxdur mövcuddur”.

İlham Əliyev bildirib ki, Azərbaycan qədim tarixi, mədəniyyəti, ənənələri ilə tanınır: “Əminəm ki, qonaqlar insanlarımız, ölkənin keçmişi və bu günü barədə daha çox öyrənmək məqsədilə tarixi yerlərimizə baş çəkməyə vaxt tapacaqlar”.

Prezident qeyd edib ki, Azərbaycan əsrlər boyu multikultural cəmiyyətə malik olub və ölkə multikultural tarixi ilə fəxr edir: “Biz Azərbaycanın bütün millətlərin və dinlərin nümayəndələrinin sülh və ləyaqətlə yaşadığı müasir, tolerant ölkə kimi inkişafına qətiyyətlə sadiqik”.

Ölkə başçısı əlavə edib ki, bu yaxınlarda yaradılmış Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanın dünyada müsbət tendensiyaların inkişafına verdiyi töhfədir: “Biz bu müsbət tendensiyaları möhkəmləndirməliyik və səylərimiz sayəsində Azərbaycan bütün dünyada tanınıb və mədəni müxtəlifliyin dünya mərkəzlərindən biridir”.

Mayın 4-də Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər