Ukrayna Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində keçirilmiş qondarma “parlament seçkiləri”ni tanımır və onları legitim hesab etmir.
Bu barədə Trend Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd olunub ki, saxta “seçkilər”in nəticələrinin hüquqi əsası ola bilməz.
Mətbuat xidmətindən bildiriblər ki, Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.