6 May 2015 13:52
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müsavat Partiyasının qərargahı önündə Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərara qərara etiraz olaraq aksiya keçiriləcək.

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli Teleqraf.com-a açıqlamasında deyib ki, aksiya saat 16.00-da partiya qərargahının qarşısında baş tutacaq. Onun sözlərinə görə, aksiyaya hazırki başqan Arif Hacılının idarəçiliyindən və V.Əyyubun Müsavatdan çıxarılmasından narazı olanlar qatılacaq.

Qeyd edək ki, mayın 3-də Müsavat Partiyasının Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin sonuncu toplantısında Vurğun Əyyubun partiya sıralarından çıxarılması barədə qərar qəbul edilib.

Qərara etiraz olaraq Adil Qeybulla, İbrahim İbrahimli, Boran Əziz kimi tanınmış müsavatçılar partiyadan istefa

veriblər.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər