7 May 2015 16:37
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər dünən partiya qərargahı önündə bir qrup müsavatçının etiraz aksiyası keçirməyinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, İ. Qəmbər “facebook” profilində bu barədə yazıb: “Zamanında demişdim ki, problem Müsavatın daxilində deyil, hakimiyyətlə Müsavat arasındadır. 6 mayda bu bir daha təsdiq olundu”.

İ.Qəmbər aksiya iştirakçılarının müxalifəti təmsil etmədiyini deyib. Onun sözlərinə görə, özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında “piketi” kənardan təşkil edilib.

Qeyd edək ki, dünən bir qrup müsavatçı Müsavatın qərargahı önündə Arif Hacılının istefası üçün aksiya keçirib. Etirazçılar “Növbədənkənar qurultay keçirilsin”, “Müsavat ailə partiyası deyil”, “İstefa” şüarları səsləndiriblər.

Aksiyada çıxış edənlər partiyada baş verənlərə görə Arif Hacılı ilə yanaşı, İsa Qəmbəri də qınayıblar.


Müəllif:

Oxşar xəbərlər