Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün mayın 8-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib.
Teleqraf.com-un məlumatına görə, Moskva şəhərinin Vnukovo-2 hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.