Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev mayın 11-i Azərbaycana 2 günlük səfəri ilə Azərbaycana gəlib.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Patruşev Azərbaycan rəsmiləri ilə, o cümlədən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri ilə görüşlər nəzərdə tutulub.
"Mayın 11-i Patruşev Rusiyanın Azərbaycandakı səfirliyində Böyük Vətən müharibəsinin veteranları ilə görüşəcək", - səfirliyin mətbuat xidmətində deyiblər.