İsrail Müdafiə Nazirliyi Almaniyadan 4 ədəd “Korvet” patrul gəmisi alacaq. Gəmilərin satışı üçün imzalanmış müqavilə 430 milyon avro dəyərindədir.
İsrail yeni patrul gəmiləri vasitəsilə Aralıq dənizindəki qaz platformalarını terrorçulardan qorumağı hədəfləyir. Müqavilənin şərtlərinə görə, gəmilər 5 il ərzində İsrailə təslim ediləcək.