Xəbər verdiyimiz kimi, Türkiyə baş nazirinin müavini Əli Babacan Bakıda rəsmi səfərdədir.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, baş naziri Artur Rəsizadə Türkiyə baş nazirinin müavini Əli Babacanla görüşüb. Görüşdə iki ölkə arasındakı iqtisadi əməkdaşlıq müzakirə edilib.
Əli Babacanın səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşü gözlənilir.
Babacan Türkiyənin “Böyük iyirmiliyə” sədrliyi çərçivəsində bu gün Bakıda keçiriləcək B20 Regional Toplantısına da qatılacaq.
Nihad