12 May 2015 15:44
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanındakı nümayəndəsi Elman Abdullayev Efiopiyanın aparıcı mətbuat orqanı “The Ethiopian Herald” qəzetinə Azərbaycanın uğurları, regionda aparıcı rolu və ölkəmizdə tolerantlıq ənənələri mövzuları ilə bağlı müsahibə verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfir E.Abdullayev müsahibədə Azərbaycanda əsrlərdən bəri tolerantlıq ənənələrinin inkişaf etdiyini qeyd edərək, dünyada multikulturalizmi təbliğ edən ölkələrdən biri olduğunu vurğulayıb.

Səfir E.Abdullayev bu il mayın 18-19-da Bakıda III dünya “Mədəniyyətlərarası Dialoq” forumunun keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Beynəlxalq tədbirlərə gəldikdə diplomat cari ilin iyun ayında keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları barədə də məlumat verib.

Müsahibədə həmçinin Azərbaycan-Efiopiya münasibətləri, iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər