Mayın 19-da Brüsseldə Avropa Şurası Nazirlər Komitəsinin 125-ci iclası keçiriləcək.
İclasda 47 üzv ölkənin xarici işlər nazirləri iştirak edəcək. Sessiyanın sonunda Nazirlər Komitəsinə sədrlik növbəti 6 ay müddətinə Belçikadan Bosniya və Herseqovinaya keçəcək.
Fəaliyyəti başa çatan Belçikanın xarici işlər naziri Didye Reynders sədrliyi Bosniya və Herseqovinalı həmkarı İqor Krnadaka təhvil verəcək. İ.Krnadak ölkəsinin sədrlik dövründə prioritetlərini açıqlayacaq.
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirakı gözlənilir.
Səxavət