Müsavat Partiyası: "Nizamnaməyə ziddir"
Müsavatın sabiq üzvü V. Əyyubun partiya sıralarına qəbul edilməsi ilə bağlı Binəqədi rayon təşkilatının şura üzvlərinin yaydığı məlumata partiya rəhbərliyi münasibət bildirib. Musavat.com-a başqan müavini Elman Fəttah tərəfindən göndərilən açıqlamada deyilir:
“ Partiya nizamnaməsində xaric edilmiş üzvün bərpa edilməsi anlayışı yoxdur. Bir neçə şura üzvünün rayon təşkilatı sədrindən xəbərsiz, şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas şura iclası ola bilməz. Bu, bir neçə şəxsin şuradan kənar toplantısıdır. Binəqədi rayon təşkilatında bu gün şura iclası çağırılmayıb.
Nizamnaməyə görə özək sədri və ya şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər. Yığışan şəxslərin şura sədrindən xəbərsiz keçirdikləri toplantı və orda qəbul edilən qərarlar və tərtib olunan sənədlər nizamnaməyə ziddir” .