21 May 2015 18:18
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirinin müavini Xələf Xələfov Kanada Parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü, həmçinin parlamentdə fəaliyyət göstərən Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı X.Xələfov Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin inkişafı baxımından parlamentlərarası münasibətlərin mühüm yer tutduğunu bildirərək, əməkdaşlığın müxtəlif sahələrində, xüsusilə iqtisadi sferada inkişafı üçün geniş imkanların olduğunu bildirib.

Regional inkişaf və inteqrasiyaya başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlar prosesinin son statusu barəsində məlumat verən nazir müavini bu prosesdə dağıdıcı mövqe tutan Ermənistanın sülhə vadar edilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən ikili standartların tətbiqinə son qoyulmalı və ədalətli mövqe ortaya qoyulmalı olduğunu vurğuladı. NATO-nun üzvü olan Kanadanın da bu prosesdə fəal olmasını və Kanada şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyət göstərməsinə yol verilməməli olduğunu əlavə edib.

Azərbaycana dördüncü dəfə səfər etdiyi bildirən parlament üzvü B.Devolini ölkəmizin gündən-günə inkişafı və tərəqqisinin xoş təəssüratlar oyatdığını qeyd edərək, Kanada ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı baxımından mövcud potensialların konkret layihələrdə əks olunmasının faydalı olacağını qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər