Müsavat Partiyanın son qurultayından sonra baş verən çoxsaylı istefalara biri də əlavə olunub. Yeni rəhbərliyin təşkilatdaxili siyasətinə etiraz edən Müsavat Partiyası Səbail rayon təşkilatının Məclis üzvi İlham Rəsulzadə də bu gün istefa verib.
Bu haqda Teleqraf.com-a danışan İlham Rəsulzadə qeyd edib ki: “Müsavat öz tarixi ənənələrindən imtina etdiyinə, təşkilatdaxili demokratiyanın olmadığına görə partiya sıralarından istefa veirir”. Onun sözlərinə görə, ötən gün ADR Hərəkatının 28 May Respublika Günü ilə bağlı təşkil etdiyi tədbirdə iştirak edib. Bu zaman partiyanın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov ona zəng edərək partiyanın müvafiq strukturlarında onun məsələsini qoyulacağını bildirib:
“Mən bu təhdidlərə məruz qaldım. Qərara gəldim ki, bundan sonra fəaliyyətimi ADR Hərəkatında davam etdirim”.
Xatırladaq ki, Müsavatdaxili proseslər partiyanın son qurultayında başqan dəyişimindən sonra daha aktiv fazaya keçibdir. Bunun nəticəsi olaraq partiya sıralarını onlarla funksioner və sıravi üzv tərk ediblər.
Cavidan