1 İyun 2015 16:42
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

KXCP qurultay hazırlıqlarını davam etdirir. Bu gün partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.

Toplantıda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib. KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin partiyanın Gədəbəy, Zərdab, Şabran, Beyləqan, Cəlilabad, Ağdam, Nəsimi və Ağdaş rayon şöbələrində keçirilən konfranslarla bağlı verilən məlumatlar dinlənilib.

Konfransların KXCP nizamnaməsinə uyğun keçirildiyi, seçkili orqanların tam formalaşdığı və KXCP qurultayına nümayəndələrin seçilmələri haqqında məlumatlar nəzərə alınıb. KXCP rayon şöbələrinin konfranslarının nəticələrinin tanınması haqqında qərar qəbul edilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasivəziyyətlə bağlı çıxış edib.

Cavidan


Müəllif: