3 İyun 2015 16:38
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məmməd İsmayıl da Müsavat Partiyasından istefa verdi. Bilirəm, nə partiyanı işğal etmiş Arif Hacılı və bandası məyus olacaq, nə də İsa Qəmbərin tükü tərpənəcək. Ancaq bu istefa bir daha onu göstərdi ki, Müsavat Partiyası dağılır. Bu sarsıdıcı prosesi inkar etmək üçün adam gərək ya qanmaz ola və ya da özünü adam yerinə qoymaya”.

Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının üzvü, jurnalist Elbəyi Həsənli şair Məmməd İsmayılın Müsavat Partiyasından istefa verməsinə facebook.com sosial şəbəkəsində reaksiya veerərkən yazıb. Elbəyi Həsənli qeyd edib ki, Məmməd İsmayıl bu millətin nəhəng ziyalılarından biridir: “O da namuslu müsavatçılara divan tutan Arif Hacılı və bandasnın üzünə “sığal çəkib” getdi”.

Cavidan


Müəllif: