Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün iyunun 28-də Azərbaycana səfərə gəlib.
Teleqraf.com-un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Rosen Plevneliyevi Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.