“İlk Avropa Oyunları başa çatdı. Bu mötəbər tədbirə vətənimiz Azərbaycan, paytaxtımız Bakı şəhəri ən yüksək şəkildə ev sahibliyi etdi”.
Bu fikirləri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, birinci Avropa Oyunlarının açılış mərasimi kimi, bağlanış mərasimi də ən yüksək səviyyədə və möhtəşəm şəkildə baş tutub.
“Biz də həmkarlarımızla bu tədbirdə iştirak etdik, ömrü boyu yaddaşımızda qalacaq möhtəşəm bayrama şahidlik etdik. İnanırıq ki, belə uğurlarımız davamlı olacaq”, – deyə L.Abdullayeva qeyd edib.
Səxavət