"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun Müsavat Partiyasından istefa verəcəyinə dair anonsu həm partiyada, həm də ondan kənarda müzakirə olunmaqdadır.
Baş redaktorun mövqeyinə partiyada kifayətqədər soyuqqanlı yanaşırlar. Teleqraf.com-un məlumatına görə, Müsavat Partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafil hesab edir ki, Müsavat Partiyası Rauf Arifoğlunun partiya qarşısında xidmətlərini nəzərə alaraq onun istefasını Divanda qəbul etməlidir: "Rauf bəyin məlum anonsunu eşidəndə İsa Qəmbərin "Yeni Müsavat"ın təsisçiliyindən istefasını xatırladım. Həmin vaxt İsa Qəmbər çıxış edərək azad və müstəqil mətbuatın önəmindən, asılı mətbuatın fəsadlarından danışdı. O, "Yeni Müsavat" ailəsinə uğurlar arzuladı və təsisçilikdən imtina etdi. İndi Rauf Arifoğlunun İsa Qəmbərin lideri olduğu Müsavat Partiyasından istefası yaxınlaşır. Rauf bəyin partiyadan istefa vermək istəyini anlyır və təqdir edirəm. İnanıram ki, Rauf bəyin istefasə hər bir partiyadaşı tərəfindən anlayışla qarşılanacaq. Çünki Müsavat Partiyasının uğurlarında "Yeni Müsavat"ın, "Yeni Müsavat"ın uğurlarında Müsavat Partiyasının rolu var. Düşünürəm ki, Müsavat Partiyası Rauf Arifoğlunun partiyada rolunu nəzərə alıb, onun istefasını Divanda qəbul etməklə nümunə göstərəcək".
Ayxan