Milli Məclisin Sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün bu gün Gürcüstanın paytaxtına səfərə yola düşüb.
Teleqraf.com-un Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan parlamenti Sədrinin tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.
Festival günlərində Oqtay Əsədovun Atletlər Kəndinə gedəcəyi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşəcəyi də nəzərdə tutulur.
Səfər iyulun 27-də başa çatacaq.