27 İyul 2015 11:28
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Prezidenti Raymond Veyonis Azərbaycandakı yeni səfir Yuris Maklakovsa etimadnamə təqdim edib.

Trend bu barədə Latviya prezidentinin saytında yerləşdirilən məlumata əsasən xəbər verir.

Azərbaycana təyin olunanadək Y.Maklakovs Latviyanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb. Azərbaycan səfirin diplomatik karyerasında ikinci ölkə olacaq.

1964-cü ildə anadan olan Y.Maklakovs Kalininqrad Hərbi Aviasiya Mühəndisləri məktəbini, 1992-ci ildə isə Jukovski adına HHQ-nin Mühəndislik Akademiyasını bitirib.

1993-cü ildən Latviya Milli Müdafiə Akademiyasında müəllimlik fəaliyyətinə başlayan Y.Maklakovs 2001-ci ilin iyul ayında bu təhsil müəssisəsinin rektoru olub.

2004-cü ildə HHQ-nin komandanı, 2006-cı il iyulda Latviya Milli Silahlı Qüvvələrinin komandanı təyin edilib.


Müəllif: