1 Avqust 2015 20:41
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ellada Məmmədli: "Siyasi qurumlar hesabat verməlidirlər"

Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin müavini Ellada Məmmədli bu günə qədər gördüyü işlərdən danışıb. Hərəkat nümayəndəsi bildirib ki, hazırda ADR hərəkatı təşkilatlanma dövrünü yaşayır və buna müvafiq olaraq öz fəaliyyətini davam etdirir: "Yarandığı az müddət ərzində ölkənin ərazi idarəetmə vahidinin 45 faizində ADR Təşkilat Komitələri qurulub və hazırda fəaliyyət göstərir. Qısa zaman kəsiyində ölkəni düşündürən sosial problemlərin həlli mövzusunda üç dəyirmi masa keçirmişik. Bundan başqa, aradan keçən dövr ərzində təsis konfransı və ADR Məclisinin iki sessiyasını hazırlayıb keçirmişik. Hazırda da ADR Hərəkatı yerlərdə konfransların keçirilməsinə hazırlaşır".

ADR Hərəkatının təmsilçisi onların fəaliyyətinə şübhə ilə yanaşanlara da ismarış göndərib: "Bizi fəaliyyətsizlikdə suçlayan rəqiblər, bədxahlar var. Siyasi qurumlar bu müddət ərzində nə iş gördükləri haqqında hesabat versələr, daha yaxşı olar. Yoxsa daxili və xarici didişmələr onları əldən salıb".

Qeyd edək ki, Ellada Məmmədli Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri olub və sonradan partiya sıralarından xaric edilib.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər