Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) deputatlığa namizədlərinin ilkin siyahısını açıqlayıb.
Partiyadan Telqraf.com-a daxil olan məlumata görə, avqustun 25-də AMİP rayon təşkilat sədrlərinin iştirakı ilə AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda qarşıdan gələn parlament seçkiləri və AMİP-in seçkilərdə iştirakı ilə bağlı məsələ müzakirə olunub. AMİP Siyasi Şurası 2015-ci il Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək namizədlərin bir qismini təsdiq edib. Qərara alınıb ki, digər dairələr üzrə namizədliyini irəli sürülmüş namizədlərin təsdiq olunması Siyasi Şuranın növbəti iclasının gündəliyinə salınsın. Qərara əsasən, aşağıda adları qeyd olunan şəxslərin namizədliyi AMİP tərəfindən irəli sürülüb:
1. 9 saylı Binəqədi ikinci seçki dairəsi- AMİP Siyasi Şurasının üzvü Əli Orucov
2. 15 saylı Yasamal birinci seçki dairəsi- AMİP Beynəlxalq Əlaqələr Katibi Elşən Mustafayev,
3. 19 saylı Nərimanov birinci seçki dairəsi- AMİP Siyasi Şurasının üzvü Eldar Hüseynov,
4. 23 saylı Nəsimi-Səbail seçki dairəsi- AMİP Mərkəzi Şurasının üzvü Suğra Nəcəfova,
5. 25 saylı Nizami ikinci seçki dairəsi- AMİP Nizami RT sədri Məmmədəli Səfərov,
6. 31 saylı Suraxanı ikinci seçki dairəsi- AMİP Mərkəzi Şurasının üzvü Ayaz Rüstəmov,
7. 34 saylı Xətai ikinci seçki dairəsi- AMİP Siyasi Şurasının üzvü Məhərrəm Həsənov
8. 38 saylı Nizami ikinci(Gəncə) seçki dairəsi- AMİP sədri Yusif Bağırzadə,
9. 41 saylı Sumqayıt birinci seçki dairəsi- AMİP Sumqayıt RT sədri Dünyamin Əhmədli,
10. 79 saylı İmişli seçki dairəsi- AMİP İmişli RT sədri Tapdıq Həsənov,
11. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi- AMİP üzvü Elçin Əzizov
12. 90 saylı Ağdaş seçki dairəsi- AMİP Mərkəzi İntizam Komissiyasının üzvü Loğman Əliyev-
13. 102 saylı Samux-Şəmkir seçki dairəsi- AMİP Samux RT sədri İradə Həsənova,
14. 113 saylı Şəki şəhər seçki dairəsi- AMİP Şəki RT sədri Əbülfəz Bağırov,
15. 119 saylı Ağdam kənd seçki dairəsi- AMİP Ağdam RT sədri Yaşar Həsənov.
Nərgiz