8 Sentyabr 2015 10:39
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, E.Məmmədyarov sentyabrın 10-da Qazaxıstanda baş tutacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Şuranın iclasında 24 saat ərzində yayımlanacaq türkdilli ölkələrin müştərək telekanalının yaradılması məsələsi müzakirə olunacaq.

Azərbaycan xarici işlər nazirinin Astanada bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Xatırladaq ki, sentyabrın 11-də Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası dövlət başçılarının sammiti keçiriləcək.


Müəllif: