"Miqrasiya tarixinin araşdırılmasına böyük ehtiyac var. Bu hadisə müstəmləkəçiliklə birlikdə yaranmış, ondan törəmədir, onun qalığıdır”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
Onun fikrincə, bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir: “Miqrasiya siyasəti I mərhələdə müstəmləkəçiliyi möhkəmləndirmək, asan həyata keçirmək, II mərhələdə müstəmləkədən azad olmuş ölkəni öz nəzarətində saxlamaq üçün istifadə edilmişdir. Hər iki mərhələdə miqrasiya siyasəti müstəmləkəçi dövlətlərin xüsusi maraqlarına xidmət etmişdir. İndi bu siyasətin III mərhələsi başlayır. Bu mərhələdə miqrasiya artıq həmin dövlətlər üçün təhlükə mənbəyi hesab edilir. Bu mərhələdə artıq miqrantlara qanundan kənarlar adı verilir”.
Nərgiz