“Hərdən mübahisə edir, bir-birimizi qırırıq”
Müğənni İlhamə Qasımova rəfiqələri haqqında danışıb.
Müğənni Teleqraf.com-a rəfiqələrində üstünlük verdiyi xüsusiyyətləri açıqlayıb: “Rəfiqəlik etdiyim insanların xasiyyəti mənim xasiyyətim kimi olmalıdır ki, münasibətimiz davam etsin. İlk növbədə qeybət sevən insan olmamalıdırlar. Təbii ki, intellektual səviyyə və ağlı olmalıdır. Oksana Rəsulova və Aygün İsmayılova Miyak mənim rəfiqələrimdir. Bizim hər birimiz öz işimizlə məşğuluq. Bizi kim nə geyindi və s. maraqlandırmır. “Filankəs o paltarı birinci geyindi, mən daha o paltarı geyinməyəcəm” kimi söhbətlərimiz olmur. Elə mövzular olur ki, mübahisə edirik, bir-birimizi qırırıq. Amma elmi müzakirələrdən söhbət gedir. Bununla bağlı internetdə və ensiklopediyada oxuyuruq. Bəzən mən, bəzən isə Oksananın fikri düz çıxır. Bizdə bilik, savad paxıllığı var. Niyə o çox bilir, mən isə az bilirəm deyə düşünə bilirik. Bir-birimizə çox güvənirik. Orqanizmlə, dərmanlarla bağlı nə isə varsa, Oksana ilə məsləhətləşirəm. Aygün Türkiyədə yaşayır və onlara getməmişəm. Türkiyədə iki dəfə şəhərdə görüşmüşük. Özü mənim xasiyyətimi bilir. Düşünürəm ki, yoldaşı, ailəsi evdədir. Amma bu dəfə qırğın edib ki, Türkiyəyə gələndə oteldə deyil, bizdə qalacaqsan”.
Rəqsanə