15 Sentyabr 2015 16:56
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benilüks Azərbaycanlılar Konqresinin tərkibində yeni təşkilatın fəaliyyətinə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Cənubi Qafqaz üzrə Avropa Demokratiya və İnsan Haqları Fondu adı altında fəaliyyət göstərəcək yeni qurumun mənzil-qərargahı Niderland Krallığının Haaqa şəhərindədir. Qurumda tanınmış siyasətçilərin, ictimai xadimlərin və cəmiyyətdə fəal olan insanların birləşdirilməsi nəzərdə tutulur.

Cənubi Qafqaz üzrə Avropa Demokratiya və İnsan Haqları Fondunun müxtəlif ölkələrdə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakı, Avropadakı insan haqları institutları ilə geniş əməkdaşlığının qurulması, birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi 2006-cı ildə Amsterdam şəhərində yaradılıb. Təşkilat Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını özündə birləşdirir. Konqresin sədri Sahil Qasımovdur.

Səxavət


Müəllif:

Oxşar xəbərlər