16 Sentyabr 2015 12:41
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partiya seçkilərə 44 namizədlə gedəcək

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədləri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Siyasi Şuranın qərarına əsasən seçkilərdə müxtəlif seçki dairələri üzrə partiyanın 44 namizədi iştirak edəcək. Partiya sədri Asim Mollazadə isə namizədliyini hazırda deputatı olduğu 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən irəli sürəcək. Artıq partiyanın səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib.

Partiyanın namizədləri ilə bağlı müvafiq sənədlər isə DSK-lara təqdim edilir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər