Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə komissiyanın sentyabrın 12-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə “Azadlıq-2015” siyasi partiyalar bloku və Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxılıb.
Komissiya üzvlərinin müzakirəsindən sonra “Azadlıq-2015” siyasi partiyalar blokunun 17, Demokratik İslahatlar Partiyasının 5 səlahiyyətli nümayəndəsi qeydə alınıb.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Səxavət