Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında çıxış edən Əli Kərimli sədr olduğu dövrdə görülən işlərdən danışıb.
Publika.az xəbər verir ki, Ə. Kərimli hesabat çıxışında AXCP-nin gücləndiyini dilə gətirib.
Daha sonra o, Milli Şurada birliyə qarşı çıxanları ittiham edib: “AXCP həmişə birliyin tərəfdarı olub. Lakin Milli Şura daxilində bəzi qüvvələr birliyə qarşı çıxır, qurumu tərk edirlər. Bu insanlar satqındır. Onlar AXCP-nin qərarları ilə hərəkət etmək istəmirlər və bizə qarşı çıxırlar”.
Ə. Kərimli Milli Şuranın güclənəcəyini, daha da böyüyəcəyini bildirib.