Vəhdət Partiyasının sədri Tahir Kərimlinin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində məlumat yayılıb.
T. Kərimli 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb. Yeni Azərbaycan Partiyası isə həmin dairədən Əlyunis Mütəllimovun namizədliyini verib. Hazırda bu dairənin deputatı Ərəstun Cavadovdur.