Dünən Müsavat Partiyasının başqanı Arif Hacılı qarşıdan gələn parlament seçkiləri və qurultaydan keçən son bir illik fəaliyyətinə dair mətbuat konfransı keçirib.
Arif Hacılı deyib ki, 1993-cü ildən bu yana keçirilən bütün seçkilərdə iştirak edib: “Müsavat seçkiyə getməklə nümayiş etdirir ki, ölkədə müxalifət var. Ən asan yol boykotdur”.
Seçki dairələrinin əksəriyyətində imza topladıqlarını deyən Arif Hacılı bildirib ki, ümumilikdə 40 min imza toplayıblar: “Bir neçə dairəni çıxmaq şərti ilə qalan bütün dairələrdə imzalar toplamışıq. Bu günə qədər 12 namizədimiz qeydə alınıb. Digərlərinin sənədləri təqdim edilib, DSK-larda baxılır. Biz seçkiyə qatılmaqla bir sıra hədəflərə nail olmuşuq. Artıq seçki prosesində 300 mindən çox seçici ilə təmaslar qura bilmişik. Qeydiyyat prosesi başa çatdıqdan sonra Müsavatın seçkidə iştirakı davam etdirib-etdirməmək məsələsi yəqin ki, Divanda müzakirə olunacaq”.
Cavidan