Bugün Müsavat Partiyasının qərargahında Müsavat, ReAL və Nida təşkilatlarının təmsilçilərinin görüşü keçirilib.
Görüşdə ReAL Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli, Nida Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Turqut Qəmbər, Müsavat başqanı Arif Hacılı, başqan müavinləri Gülağa Aslanlı, Elman Fəttah və Səxavət Soltanlı iştirak ediblər.
Bu barədə Teleqraf.com-a Müsavatın mətbuat xidmətindən məlumat verilib. Görüşdə deputatlığa namizədlərin qeydə alınması mərhələsinin yekununa dair fikir mübadiləsi aparılıb, təbliğat və seçki dövründə fəaliyyətin uzlaşdırılmasına dair təkliflər dinlənilib.
Bu təşkilatlar seçki dövründə fəaliiyətlərini uzlaşdırmaq və seçkilərin birgə monitorinqini təşkil etmək haqqında bəyanat imzalayıblar.