12 Oktyabr 2015 18:22
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Yenidən Belarus Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz yürütdüyünüz davamlı sosial-iqtisadi inkişafa və əhalinin rifahının yüksəldilməsinə, ölkənizin dünya birliyində mövqelərinin möhkəmlənməsinə yönəlmiş xəttin dost Belarus xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir.

Əminəm ki, bundan sonra da bizim birgə səylərimiz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ənənəvi dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın və çoxplanlı qarşılıqlı əlaqələrin inkişafına və genişlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".


Müəllif: