13 Oktyabr 2015 16:55
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət əhəmiyyətli obyektlərin regionlara köçürülməsi təklif edilir. Trend-in məlumatına görə, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinə həsr edilən iclasında çıxışı zaman deyib.

Bu yaxınlarda Mingəçevir Dövlət Universitetinin yaradılmasını böyük hadisə kimi qiymətləndirən A.Mirzəzadə bildirib ki, Bakıda olan ali təhsil ocaqlarından, o cümlədən hərbi liseylərdən bəzilərini Mingəçevirə köçürmək, həmçinin Mingəçevirdə yeni hərbi lisey yaratmaq olar.

Millət vəkili ipoteka məsələsinə də toxunub. O, qeyd edib ki, maliyyə vəsaitinin azalmasından asılı olmayaraq, ipoteka məsələsi diqqətdə saxlanmalıdır: “İpoteka kreditlərinin verilməsi tikinti sahəsində canlanmaya, inkişafa, yeni iş yerlərinin açılmasına və sosial problemlərin həllinə səbəb olar”.

A.Mirzəzadə, həmçinin təhsil krediti məsələsinin aktuallaşdırılmasını vacib hesab edib: “Azərbaycanda 40-dan çox dövlət ali təhsil müəssisəsinin olduğunu və 10-a qədər özəl universitetin fəaliyyət göstərdiyini nəzərə alsaq, Azərbaycanda 10 minlərlə tələbənin təhsil kreditinə ehtiyacı var”.


Müəllif:

Oxşar xəbərlər