22 Oktyabr 2015 13:48
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəhbərlik etdiyim təşkilatı AXCP olaraq tanımayan partiya sədrləri əslində Əli Kərimlinin şantajlarından qorxduqları üçün belə açıqlamalar verirlər. Çox təəssüflənirəm ki, bəzi müxalifət partiyaları haqqın, ədalətin deyil, ədalətsizliyin yanında dururlar. Onlar Əli Kərimlidən çəkindikləri üçün belə danışırlar".

Bunu Teleqraf.com-a açıqlamasında narazı cəbhəçilərin birləşdiyi təşkilatın sədri Razi Nurullayev bildirib. Onun sözlərinə görə, AXCP üzvləri Əli Kərimlinin legitimliyini tanımayıb və yenidən qurultay keçirərək özlərinə sədr seçiblər.

R.Nurullayev qeyd etdi ki, Ədliyyə Nazirliyi onları AXCP kimi qeydiyyata almasa belə, addan imtina etmək niyyətində deyillər: "Əvvəllər bir neçə partiya AXCP adına iddia edib və Ədliyyə Nazirliyinə müraciət ediblər, amma "yox" cavabı alıblar. İndi stiuasiya başqadır. Düzdür, hələ ki, Ədliyyə Nazirliyinin hansı qərar verəcəyini bilmirəm və onlarım mövqeyindən xəbərsizəm. Amma güman edirəm ki, nazirlik qanunu əsas götürüb bizim müraciətimizə müsbət cavab verəcək".

Ayxan


Müəllif:

Oxşar xəbərlər