29 Oktyabr 2015 19:36
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə Bakıya gəlib.

TürkPA-dan Teleqraf.com-a verilən məlumata görə, missiyaya Qazaxıstan Parlamenti Məclisinin üzvü Serikjan Kanayev rəhbərlik edir.

Müşahidəçilərin proqramına Milli Məclisin sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, həmçinin Xarici İşlər Nazirliyinin bir sıra rəsmiləri ilə görüşlər və s. daxildir.

Noyabrın 2-də TürkPA müşahidəçilər missiyasının seçkilərin nəticəsinə dair mətbuat konfransı keçiriləcək.

TürkPA müşahidəçilər missiyası üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərini müşahidə etmək məqsədilə 2010-cü ildən fəaliyyətə başlayıb.

Azərbaycanda keçirilmiş 2010-cu il parlament və 2013-cü il prezident seçkilərində də TürkPA müşahidəçiləri iştirak edib.


Müəllif:

Oxşar xəbərlər