30 Oktyabr 2015 16:15
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə İmişli şəhərində yerləşən seçki qərargahında fərdi qaydada seçicilərin qəbulunu həyata keçirir.

Seçki Qərargahının mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 28-i səhər saatlarından etibarən seçicilərin fərdi qaydada qəbulunu həyata keçirən Ç.Qənizadə 28 və 29 oktyabr tarixlərində 181 nəfər seçici qəbul edib. Bu gün isə qəbula qeydiyyata alınan seçicilərin sayı artıq 67 nəfər olub.

Beləliklə, 3 gün ərzində həyata keçirilən qəbulda ümumilikdə 248 nəfər seçici onları narahat edən məsələləri Ç.Qənizadənin diqqətinə çatdırıb, həlli istiqamətində onlara köməklik etməyini xahiş ediblər.

Seçicilərin qəbulu bu gün 18:00-dək davam edəcək və bununla da Çingiz Qənizadə seçki kampaniyasını yekunlaşdıracaq.


Müəllif: