Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurasının Şimal-Cənub Mərkəzinin təşkil etdiyi “Lissabon Forumu-2015”-də iştirak etmək üçün Portuqaliyaya gedib.
Teleqraf.com xəbər verir ki, toplantıda “Radikalizm və terrorizm ilə mübarizə: önləyici vasitələr, Aralıq dənizi və Avropa məkanında ümumi təcrübələr” mövzusu müzakirə olunacaq.
Forum çərçivəsində bir sıra dəyirmi masalar keçiriləcək. Yığıncaqlarda radikallığın qarşısının alınması üçün qanunun aliliyi prinsipinə riayət edilməsi, bu istiqamətdə gənclərin və qadınların daha da fəallaşması, maarifləndirmə və qarşılıqlı dialoqun rolu məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Millət vəkili Sevinc Fətəliyeva tədbirlərdə qaldırılan məsələlərə münasibət bildirəcək.
Nemət