Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Miqrasiya komitəsinin iclasında iştirak etmək üçün dekabrın 13-dən 17-dək Fransada səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, Paris şəhərində keçiriləcək toplantıda cari məsələlərlə yanaşı, Aralıq dənizi vasitəsiylə miqrant axını, miqrantlara qarşı zorakılığın aradan qaldırılması, onların sığınacaq problemləri, təşkil edilmiş cinayətlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Komitənin iclasından sonra Fransa Milli Assambleyasında “Avropada miqrant və qaçqın böhranına humanitar və siyasi münasibət” mövzusunda konfrans keçiriləcək. Deputatımız konfransın işində iştirak edəcək, iclasda müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.
Nemət