19 Dekabr 2015 20:27
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının üzvü olmuş, uzun illər mediada bu partiyanı təbliğ edən jurnalist Elbəyi Həsənli partiya haqqında maraqlı fikirləri ilə diqqəti cəlb edib.

E.Həsənli sosial şəbəkədə bəyan edib ki, Müsavatın başbilənlərindən biri belə buyurur: “Biz hakimiyyəti dəyişmək istəyirik. Soruşmaq istəyirəm, siz iqtidarı məhv olmuş Müsavat Partiyası ilə dəyişmək istəyirsiz?

Təşkilatı elə bir günə qoymusunuz ki, ortya çıxan Tahir Kərimli də əlinə yekə bir dəsmal götürüb Müsavatın xarabalıqları üstündə başına döyə-döyə göz yaşları axıdır”.

Qeyd edək ki, bir müddət əvvəl jurnalist Müsavat Partiyası rəhbərliyini saxta arayışlar satmaqda ittiham etmişdi. Partiya rəhbərliyi isə Elbəyi Həsənlini məhkəməyə verəcəyini elan etmişdi. İndi bəlli olub ki, Müsavat rəhbərliyi jurnalisti məhkəməyə verməkdən imtina edib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər