24 Dekabr 2015 23:52
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənub Qaz Dəhlizi” layihəsi Avropa üçün çox vacibdir”. Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçisi Riçard Morninqstar “naturalgaseurope.com”a müsahibəsində deyib.

O bildirib ki, son 20 il ərzində Azərbaycan öz neftini Türkiyəyə nəql edən Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri layihəsini uğurla həyata keçirməyə nail olub. Hazırda isə “Cənub Qaz Dəhlizi” layihəsi icra olunur. Bu dəhliz Türkiyəyə və son nəticədə isə Avropaya qaz tədarük edəcək. “Cənub Qaz Dəhlizi” ilə əvvəl ildə 6 milyard kubmetr qaz Türkiyəyə, 10 milyard kubmetr isə Avropaya çatdırılacaq.

Qeyd edək ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan və “Cənub Qaz Dəhlizi”nin ən uzun hissəsini təşkil edən Trans-Anadolu qaz boru kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşulmaqla Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

Səxavət


Müəllif: