9 Fevral 2016 11:46
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli isə bəhanə göstərib

Ötən həftənin şənbə günü Müsavat Partiyasının qərargahında Milli Strateji Düşüncə Mərkəzi (MSDM) dəyirmi masa keçirib. Tədbirdə moderatorluğu qurumun sədri İsa Qəmbər edib. Müzakirələrdə Müsavat başqanı Arif Hacılı, Turan agentliyinin direktoru Mehman Əliyev, sabiq millət vəkilləri Hacıbaba Əzimov və İsgəndər Həmidov, publisist Mehriban Vəzir, Almaz Əliqızı, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Gülağa Aslanlı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli, Müsavat başqanının müavini Elman Fəttah və digər ictimai-siyasi xadimlər iştirak ediblər.

Qeyd edək ki, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov uzun müddət idi ki, müxalifətin düşərgəsində təşkil olunan tədbirlərə qatılmırdı. Səbəb isə onun bu düşərgədə təmsil olunan şəxslərin birləşməməsi, bir-birinə qarşı oyunlar aparması idi. Görünən budur ki, İsa Qəmbər həm də narazı qalan bəzi şəxsləri öz ətrafında toparlamaq xətti götürüb.

Ancaq maraqlıdır ki, İsa Qəmbər bir sıra şəxsləri tədbirinə dəvət etməyib. Onlardan biri İsa Qəmbərin 40 illik dostu Pənah Hüseyn olub. Qeyd edək ki, Pənah Hüseyn yanvarın 24-də ümummüxalifət adına keçirilən tədbirə İsa Qəmbəri dəvət etdmişdi. Mənbə bildirib ki, bu məqsədlə P.Hüseyn hətta İsa Qəmbərin otağına gəlib. Lakin İsa Qəmbər ona rədd cavab verib, bildirib ki, Tural Abbaslı ilə birgə tədbirdə əyləşmək niyyətində deyil. Özünün təşkil etdiyi toplantıya isə Pənah Hüseyni dəvət etməyib.

Ancaq əldə etdiyimiz məlumata görə, İsa Qəmbərin tədbirini boykot edən təşkilatlar da olub. Əldə etdiyimiz məlumata görə, sözügedən tədbirə Respublikaçı Alternativ Hərəkatnın icraçı katibi Natiq Cəfərli dəvət edilib. Cəfərlini tədbirə Müsavat Partiyasının başqanı Arif Hacılı dəvət edib. Lakin REAL-dan heç kəs bu tədbirə qatılmayıb. Mənbə qeyd edir ki, Natiq Cəfərli xaricdə səfərdə olacağını əsas gətirərək İsa Qəmbərin toplantısını boykot edib.


Cavidan


Müəllif:

Oxşar xəbərlər