17 Fevral 2016 10:25
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADR Hərəkatının sədri Qubad İbadoğlu Azərbaycan hökumətinə təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, bu barədə hərəkat sədri facebbok.com sosial şəbəkəsində məlumat verib. Q. İbadoğlu bildirib ki, Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə Köməkçisi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınının 2 həftə bundan əvvəl hökumətə təqdim etdiyi təkliflər paketinə baxıb və hərəkata cavab məktubu göndərib. Məktubda qeyd olunub ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı İctimai Birliyi tərəfindən hazırlanmış sənəd layihəsinə tərəfimizdən baxlılıb: “Bildiririk ki, göndərilən layihədə məqsəduyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqa aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaqdır. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk”.

Qubad İbadoğlu bildirib ki, bir müddət Azərbaycandan kənarda fəaliyyət göstərməsinə baxmayaraq, ölkə iqtsiadiyyatında, sosial baş sferada verən dəyişiklikləri izləyir, proseslərə mümkün qədər operativ və obyektiv münasibət bildirir, təkliflərlə çıxış edir: “Mütəxəssis kimi başlıca məqsədim bu həssas dönəmdə Azərbaycan iqtisadiyyatının problemlərinin həlli və əhalinin güzəranın pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə töhfələrimi verməkdən ibarətdir. Azərbaycanlı kimi istəyim dövlətimi iqtisadi və siyasi cəhətdən güclü görmək və onun zəifləməsindən kənar qüvvələrin istifadə etməsinə yol verməməkdir. Elə bu məqsədlə də bir qrup xarici və Hərəkatımızın üzvü olan yerli mütəxəssislərlə müzakirə aparıb təkliflər hazırladıq.

Qubad İbadoğlu prezidentin iqtisadi islahatalara məsul olan köməkçisinə sənədə baxılmasına və məqsədəmüvafiq hesab edilən təkliflərin nəzərə alınacağına dair cavabına görə təşəkkürünü bildiririb: “Hesab edirəm ki, bu, hazırkı həssas dövrdə iqtisadi islahatlara olan inamın yaradılması baxımından da önəmlidir. Eyni zamanda, ümid edirəm ki, təqdim etdiyimiz Paketdəki təkliflərin reallaşdırılması istiqamətində müzakirələr və əməkdaşlıq davam edəcək.

Cavidan


Müəllif: