22 Fevral 2016 23:16
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər hansı təşkilatlanma, o cümlədən siyasi təşkilatlanma kimi xarakterizə etdiyimiz partiyalar ilk növbədə öz daxili mikrostrukturunda qarşılıqlı etimada əsaslanmalıdır. Əgər bu yoxdursa o zaman hansısa normal fəaliyyətdən danışmaq olmaz”.

Bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, uzun illərdir müsavatçılıq ideologiyasını istismar edən və onu öz lehinə manipulyasiya edən bir qrup şəxs heç vaxt biri-birinə etimad göstərməyib: “Ona görə də yarandıqları gündən daxili intriqalar parçalanmanı şərtləndirib. Bu gün baş verənlər isə sonun başlanğıcıdır yaxud bu vaxtadək baş verənlərin məntiqi sonluğudur. İsa Qəmbər də, Arif Hacılı da siyasi palitramızın çox sönük rəngləri olub və siyasətçi kimi çoxdan tükəniblər. Ona görə də bu marginal qruplaşmaların arasında baş verənlər heç bir ictimai maraq kəsb etmir. Siyasət siyasi sistemin gələcəyini dizayn edən vasitədir, keçmişin siyasi romantizmini yaşatmaq üçün deyil”.


Müəllif:

Oxşar xəbərlər