Martın 10-11-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olacaq.
Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlardan Şəmsəddin Hacıyev, Ağalar Vəliyev, Malik Həsənov, Çingiz Qənizadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində spiker Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahramanla görüşü nəzərdə tutulub.
Rəsmi səfər zamanı Milli Məclis sədrinin prezidenti Rəcəb Tayyib Ərdoğan və baş naziri Əhməd Davudoğlu ilə görüşləri gözlənilir.
Nemət