“2016-cı ilin Azərbaycanda mədəniyyətlərarası dialoq ili elan edilməsi mühüm əhəmiyyət kəsb edir”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Norveçin sabiq baş naziri Qro Harlem Brundtland bildirib.
Onun sözlərinə görə, multikultural dünya gələcək nəsillər üçün yaxşı imkanlar açır: “Mən Azərbaycanı bu cür təşəbbüs göstərməsi münasibətilə təbrik edirəm. Bu təşəbbüs bizə lazım olan multikultral dünyanı irəli aparmaqda öz töhfəsini verəcək”.
Bu gün Bakıda işə başlayan IV Qlobal Bakı Formunun əhəmiyyətinə də toxunan Qro Harlem Brundtland deyib ki, ölkələr və mədəniyyətlər arasında əməkdaşlığın və əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir: “Çox sevindirici haldır ki, Bakı bu cür əməkdaşlığın qurulması üçün dünyada bir mərkəzə çevrilib və öz təcrübə və biliklərini bu istiqamətə yönəldir. Bu bir qlobal əməkdaşlıqdır ki, dünyanın bütün hissələrini əhatə edir. Biz Bakıda yeni təcrübə və biliklər əldə edirik”.
Nərgiz