11 Mart 2016 19:33
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kiçik dövlət olsa da, beynəlxalq proseslərə təsir etməyə malikdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib: "Dünyada böyük fəaliyyəti olan 300-dən artıq lideri Bakıya dəvət edərək, dünyada gedən proseslərə, mühüm hadisələrə münasibət bildirmək və səylərimizi birləşdirməyə çalışırıq. Bu, çox vacib bir hadisədir".

N.Məmmədov qeyd edib ki, Azərbaycanın belə bir forumu təşkil etməsi, dünyaya təqdim etməsi böyük hadisədir: "Bu, Azərbaycanın dünyada sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasına verdiyi töhfədir. Azərbaycan bunu etməyə layiqdir. Azərbaycan kiçik dövlət olsa da, bu gün beynəlxalq aləmdə dövlətlərarası münasibətlərdə gedən proseslərə təsir etməyə malikdir".


Müəllif:

Oxşar xəbərlər