“2014-cü illə müqayisədə keçən il ÜDM-də artım olub”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Elmira Axundova Milli Məclisin iclasında çıxışı zamanı deyib. E.Axundova qeyd edib ki, devalvasiyadan sonra sosial məsələlərin həll edilməsi yönündə hökumətin addımlar atmasını məqbul hesab edir.
Millət vəkili deyib ki, ölkədə sosial mənzil fondunun yaradılmasına ehtiyac var: “Azərbaycanda mənzil çatışmazlığı problemi yaşanır. Regionlar üzrə sosial mənzillər tikib aztəminatlı ailələrə güzəştli şərtlərlə vermək olar. Bu həm də tikintinin inkişafına təkan verə bilər”
O, vətəndaşlara ünvanlı sosial yardımların verlməsindən də danışıb: “Ünvanlı sosial yardımlar insanlarda ələbaxımlılıq yaratdı. Sosial yardımların verilməsinin yeni variantları üzərində işlənilməlidir. İnsanları ələbaxımlılıqdan azad etmək lazımdır, onların özlərini təmin etmələrinə imkan yaradılmalıdır”.
Nemət