“Bakı-Gəncə təyyarə reysini qaydaya salmaq lazımdır”.
Teleqraf.com xəbər verir ki, bu haqda millət vəkili Musa Quliyev Milli Məclisin iclasında deyib.
M.Quliyev bildirib ki, bu reyslər gah həftədə bir dəfə, gah da hər gün həyata keçirilir: “Qiymətlər isə tez-tez dəyişir. Bu reys Qərb rayonlarının sakinlərinə xidmət edir, burada ciddi qayda-qanuna ehtiyac var. Odur ki, regionun 4 deputatı adından xahiş edirik ki, bu təyyarə reysləri qaydasına salınsın”.
Nemət