17 Mart 2016 22:05
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli və BAXCP sədrinin köməkçisi Aydın Məmmədov Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşüblər.

Teleqraf.com xəbər verir ki, Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısının martın 18-19-da Antaliyada baş tutacağı gözlənilir.

2 gün davam edəcək zirvə toplantısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun himayəsi altında keçirilir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının da üzv olduğu Avropa Zirvə toplantısında regiondakı vəziyyət və təhlükəsizliklə bağlı problemlər, əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq.


Müəllif:

Oxşar xəbərlər